Avadanlıqların İstismar Üçün Yararlılığının Qiymətləndirilməsi

ALBA ES MMC sənaye, tikinti, energetika, neft-qaz və digər istehsalat sahələrində istifadə olunan avadanlıqların təhlükəsiz, etibarlı və fasiləsiz istismarını təmin etmək məqsədilə texniki yoxlama, test və xidmət servisləri təqdim edir.
Peşəkar mütəxəssislərimiz tərəfindən avadanlıqların texniki vəziyyəti qiymətləndirilir, mövcud nasazlıqlar və potensial risklər müəyyən edilir, normativ və beynəlxalq standartlara uyğunluğu yoxlanılır. Aparılan texniki yoxlamalar avadanlıqların istismar müddətinin uzadılmasına, qəza risklərinin azaldılmasına və istehsalat prosesinin fasiləsiz davam etməsinə töhfə verir.
Xidmətlərimiz :
- Avadanlıqların istismar üçün yararlılığının qiymətləndirilməsi;
- Texniki yoxlama və inspeksiya;
- Statik və dinamik yük sınaqları;
- Elektrik təhlükəsizliyi üzrə ölçmə və testlər;
- Termoqrafik (İnfraqırmızı) müayinələr;
- Metal konstruksiyaların və sənaye avadanlıqlarının texniki yoxlanılması;
- Texniki diaqnostika və servis xidmətləri.
ALBA ES MMC – Etibarlı texniki yoxlama, dəqiq qiymətləndirmə və təhlükəsiz istismar üçün peşəkar tərəfdaşınız.





