Otelinizin və Turizm obyektlərinizin Təhlükəsizliyi və Fasiləsiz Fəaliyyəti Etibarlı Texniki İnspeksiyadan Başlayır

Qonaqların təhlükəsizliyi və obyektinizin etibarlı fəaliyyəti hər bir otelin əsas prioritetidir. ALBA ES MMC olaraq otel və turizm obyektlərinə texniki inspeksiya, yoxlama, test və servis xidmətləri təqdim edərək texniki risklərin vaxtında müəyyən edilməsinə, avadanlıqların təhlükəsiz istismarına və FHN tələblərinə uyğunluğun təmin olunmasına dəstək veririk.
Peşəkar komandamız elektrik sistemləri, termoqrafik müayinələr, torpaqlama və ildırımdan mühafizə ölçmələri, yükqaldırma və hündürlükdə iş avadanlıqlarının inspeksiyası, metal konstruksiyaların yoxlanılması, EX zonalarda uyğunluq qiymətləndirilməsi və digər texniki xidmətləri beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir.
ALBA ES MMC-ni seçməklə əldə edirsiniz:
FHN yoxlamalarına peşəkar hazırlıq;
Texniki risklərin vaxtında aşkarlanması;
Avadanlıqların təhlükəsiz və fasiləsiz istismarı;
Gözlənilməz nasazlıq və dayanma riskinin azaldılması.
Obyektiniz üçün ödənişsiz ilkin texniki baxış xidmətimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.





