Close

(+994 12) 401-65-66
(+994 50) 209-67-29
operations%alba-es#com

Azərbaycan neftinin "Azeri Light" son qiyməti

Kateqoriya: XƏBƏRLƏR
  • 23 Okt
    2025
  • 14:58
  • 150
  • 1
    0
23.10.2025 - 14:58
150
0

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,68 % artaraq 63,45 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları və ya 1,77 % artaraq 61,51 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.