Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

Azərbaycanın qeyri-neft ixracı 12,3 faiz artıb

Kateqoriya: XƏBƏRLƏR
  • 30 Yan
    2023
  • 13:01
  • 19
  • 0
    0
30.01.2023 - 13:01
19
0

Ötən il Azərbaycanın qeyri-neft ixracı əvvəlki ilə nisbətən 12,3 faiz artaraq ilk dəfə olaraq 3 milyard ABŞ dollarını ötüb. Ümumiyyətlə, son illər respublikamızın ixrac coğrafiyasının genişlənməsi məmnunluq doğurur. 2022-ci ildə Türkiyəyə 713,1 milyon ABŞ dolları, Rusiyaya 928,6 milyon ABŞ dolları, Gürcüstana 228,4 milyon ABŞ dolları, İsveçrəyə 198,4 milyon ABŞ dolları, Qazaxıstana isə 102,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, “Made in Azerbaijan” brendi ilə buraxılan sənaye məhsullarının ixrac coğrafiyası kifayət qədər genişdir. Bu siyahıya Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Latviya, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, Pakistan, Belçika, İspaniya, İsveç, İsveçrə, Hindistan, Moldova, Böyük Britaniya, Kipr, İsrail, Argentina, İraq və digər ölkələr daxildir. Ən çox ixrac olunan məhsulların siyahısında propilen sopolimerləri, polietilen, polipropilen, cilalanmış şüşə, odluq qorilkaları, ferrosilisium ərintiləri, bitumlaşmış kömür, borular və şlanqlar, çuqundan məmulatlar, qara metallardan borular, material emal edən dəzgahlar, tütün emalı avadanlıqlarının hissələri, siqaretlər, pambıq parçası ipliyindən məmulatlar, plastik kütlə tullantıları və qırıntıları və s. əsas yer tutur. Bu məhsullar əsasən Belarus, Qazaxıstan, Polşa, Nigeriya, Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Ukrayna, İsrail, ABŞ, Niderland, Almaniya, Böyük Britaniya və s. ölkələrə ixrac edilir. Əlavə olaraq, 2022-ci ildə Bəhreyn, Boliviya, Ekvatorial Qvineya, Kamboca, Mavritaniya, Panama, Peru, Tunis, Xorvatiya, Şri-Lanka kimi yeni ölkələr ilə də ixrac əməliyyatları həyata keçirilib. Azərbaycanın məhsulları, həmçinin “Prodexpo 2022”, “Gulfood 2022” kimi beynəlxalq sərgilərdə uğurla nümayiş olunub.