Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 29%-dək artıb

Kateqoriya: XƏBƏRLƏR
  • 19 Yan
    2023
  • 11:43
  • 53
  • 0
    0
19.01.2023 - 11:43
53
0

Bu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 46 968,5 min ton olub, bu da illik müqayisədə 29% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 25 451,5 min tonu və ya 54,2%-i avtomobil nəqliyyatı, 15 388,9 min tonu və ya 32,8%-i dəmir yolu nəqliyyatı, 6 128,1 min tonu və ya 13%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 26,8%-i və ya 12 583,8 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunub.