Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

Azərbaycandan Avropaya əlavə qaz tədarükü layihəsinin təqdimatı olacaq

Kateqoriya: XƏBƏRLƏR
  • 10 Yan
    2023
  • 15:08
  • 5
  • 0
    0
10.01.2023 - 15:08
5
0

Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü layihəsi fevralın 3-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edən ölkələrin energetika nazirlərinin görüşündə təqdim olunacaq.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə R.Radev Türkiyə energetika naziri Fatih Dönməzi Sofiyada qəbulu zamanı deyib.

"Bu, minimal vəsaitlə və dərhal Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın nəqlinə imkan verəcək layihədir. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub", - deyə R.Radev bildirib.

Öz növbəsində F.Dönməz Bolqarıstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib:

"Türkiyə coğrafi mövqeyini və sərəncamında olan infrastrukturu nəzərə alaraq istər Xəzər dənizi regionundan, istər Yaxın Şərqdən, istərsə də Şərqi Aralıq dənizindən qaz nəqlində yardım etməyə hazırdır".

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.