Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə portfelinin həcmini açıqladı

Kateqoriya: XƏBƏRLƏR
  • 10 Yan
    2023
  • 13:42
  • 6
  • 0
    0
10.01.2023 - 13:42
6
0

Bankdan verilən məlumata görə bu günə qədər AİB Azərbaycana ümumi məbləği 3,7 milyard dollar olan 65 dövlət sektoru krediti, qrant və texniki yardım ayırıb. Ümumilikdə, Azərbaycana ayrılan kreditlərin həcmi 3,93 milyard dollar təşkil edib. Bunlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilirib. Qeyd edilib ki, AİB-in Azərbaycanda davam edən suveren portfelinə 2 kredit və 856,8 milyon dollar dəyərində 1 suveren zəmanət daxildir.

"AİB-in Azərbaycan üzrə 2019–2023-cü illər üzrə ölkə tərəfdaşlığı strategiyası özəl sektorun inkişafını artırmaq, dövlət sektorunun səmərəliliyini artırmaq, infrastrukturu təkmilləşdirmək və insan kapitalını gücləndirmək məqsədi daşıyır",- deyə Bankın açıqlamasında bildirilib.