Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

Bakıda ustanın üzərinə avtomobilin düşməsi nəticəsində həyatını itirib

Kateqoriya: XƏBƏRLƏR
  • 28 Dek
    2022
  • 14:02
  • 4
  • 0
    0
28.12.2022 - 14:02
4
0

Bu barədə PİA.az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.