Azərbaycanın məhsul idxal etdiyi ölkələrin sayı artıb
Kateqoriya: XƏBƏRLƏR

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 181 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 121 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal edilib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında 164 ölkədən məhsul idxal olunub.