Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

C.Bağcı: Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcminin artırılmasını nəzərdən keçirmək lazımdır

Kateqoriya: XƏBƏRLƏR
  • 23 Noy
    2022
  • 15:04
  • 13
  • 0
    0
23.11.2022 - 15:04
13
0

“Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində yükdaşımaların həcminin artırılması məsələsini nəzərdən keçirmək lazımdır”- bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollaradək çatdırmaq planlaşdırılır.

Səfir qeyd edib ki, son dörd il ərzində ticarət dövriyyəsi 3,6 milyarddan 5,2 milyard dollaradək artıb.

C.Bağcı əlavə edib ki, bu gün iki ölkə arasında ticarət əsasən neft və qazı əhatə edir.

"Tarixi İpək yolunun kəsişməsində yerləşən Azərbaycan böyük imkanlara malikdir. Azərbaycanın iqtisadiyyatının ciddi inkişaf potensialı var", - deyə o bildirib.