Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

İnşaat işlərinin 89,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər

Kateqoriya: XƏBƏRLƏR
  • 21 Noy
    2022
  • 11:33
  • 1
  • 0
    0
21.11.2022 - 11:33
1
0

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 572,3 milyon manatı (94,2 faizi) Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 67 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16,7 faizini əsaslı təmir, 6,4 faizini cari təmir, 9,9 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 89,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.