Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

Sumqayıt Kimya Sənaye Parkı rezidentinin ixrac coğrafiyası genişlənir

Kateqoriya: XƏBƏRLƏR
  • 15 Noy
    2022
  • 15:53
  • 10
  • 0
    0
15.11.2022 - 15:53
10
0

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu ixrac coğrafiyasını genişlənməkdə davam edir.

İZİA-dan bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Polşa, İsrail və Yunanıstana məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkələrə 26 min tondan çox məhsul göndərilib. 2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. İndiyədək müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çoxu ixracın payına düşür.