Close

(+994 12) 401-65-66
(+994 55) 721-65-66
office%alba-es#com

Yanvarın 1-dən Qazaxıstan BTC vasitəsi ilə neft ixrac edəcək

Kateqoriya: XƏBƏRLƏR
  • 10 Noy
    2022
  • 13:51
  • 2
  • 0
    0
10.11.2022 - 13:51
2
0

Qazaxıstan gələn ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ildə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır. Qazaxıstan mətbuatı xəbər verir ki, bu barədə respublikanın Baş naziri Əlixan Smailov bildirib.

“Bizim gələn il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə 1,5 milyon ton neft nəqli ilə bağlı razılaşmamız var və bunun 6-6,5 milyon tona çatdırılması üzərində işlər gedir”, - Əlixan Smailov belə deyib. Onun sözlərinə görə, Qazaxıstanda neft ixracının şaxələndirilməsi istiqamətində yol xəritəsi hazırlanıb.

“Bu, əsasən, neftin Aktau limanından Bakı limanına daşınmasını, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlini nəzərdə tutur. Qazaxıstan, həmçinin Bakı-Supsa və Bakı-Batumi kəmərləri vasitəsilə də neft nəqlini planlaşdırır. Batumi limanında bizim terminalımız mövcuddur. Bundan başqa dəmir yolu ilə Atırau şəhərindən Batumiyə və Özbəkistana neft daşına bilər. Eyni zamanda, Çin istiqaməti də aktuallığını saxlayır. Hazırda bütün bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması istiqamətində işlər aparılır”, - deyə Qazaxıstanın hökumət başçısı əlavə edib.